19 Avqust 2014 10:59
847
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Yevlax rayonunda fəaliyyət göstərən “Yevlax-Qida” MMM-ə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı markalanmasında düzgün olmayan məlumatlar verilməklə və digər bazar subyektinə məxsus əmtəə nişanından qanunsuz istifadə etməklə haqsız rəqabətə səbəb olan pivələrin istehsal olunduğu müəyyən edilib.

Nazirliyin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, yoxlama zamanı müəssisədə pivə istehsalının gigiyenik sertifikat, reseptura və texnoloji təlimat olmadan həyata keçirildiyi, istehsal olunan pivələrin etiketində qida və enerji dəyəri barədə məlumatların verilmədiyi, normativ-texniki sənədin nömrəsinin düzgün göstərilmədiyi, habelə məhsulun istifadə müddətinin heç bir normativ sənədə əsaslanmadan müəyyən edildiyi aşkar olunub.

Bundan başqa, müəssisədə pivə istehsalı zamanı digər bazar subyektinə məxsus əmtəə nişanından qanunsuz istifadə edildiyi müəyyənləşdirilib.

Yol verilən qanun pozuntusu ilə əlaqədar Dövlət Xidməti tərəfindən “Yevlax-Qida” MMM barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Naibə


Müəllif: