19 Avqust 2014 11:54
887
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan prezidenti yanında Gənclər Fondunda Bakıda səfərdə olan Moldovanın gənclər və idman naziri Oktavian Bodiştyanu ilə görüş keçirilib.


Fonddan Teleqraf.com-a verilən məlumata görə, görüşdə Moldova Gənclər və İdman Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Andrey Nikolenko, Azərbaycan gənclər və idman nazirinin müavini İntiqam Babayev, Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev və Strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun müdiri Orxan Ərəbov iştirak edib.


Fərhad Hacıyev qonağa Gənclər Fondunun yaranma tarixi, fəaliyyəti və maliyyə dəstəyi ilə həyata keçirilən layihələr haqqında məlumat verib, Fondun prioritetlərini qonaqların nəzərinə çatdırıb.


Daha sonra Oktavian Bodiştyanu Moldova Gənclər və İdman Nazirliyinin gənclərlə bağlı həyata keçirdiyi layihələr haqqında məlumat verib, bu cür layihələrdə Fondun iştirakının əhəmiyyətli olacağını vurğulayıb.


Qonaqlar Gənclər Fondunun gənclərə göstərdiyi qayğı və dəstəyi yüksək qiymətləndirib, gələcəkdə Fondla əməkdaşlıqdan məmnun olacaqların bildiriblər.


Müəllif: