28 Aprel 2014 13:16
2 474
12 Punto 14 Punto 16 Punto 18 Punto

ADA Universitetində təhsil alan Azərbaycan prezidenti İlham Əliyevin oğlu Heydər Əliyev dərsləri barədə jurnalistlərə müsahibə verib.

Teleqraf.com SalamNews-a istinadən xəbər verir ki, o, hər səhər saat 7:30-da yuxudan durmağın bir qədər çətin olduğunu deyib: "Təzə-təzə universitetə daxil olanda çox maraqlı olmuşdu. Çünki məktəblə fərqi çox böyükdür. Xeyli vaxtdır burada oxuyuram. Dərslər maraqlıdır. Məktəbdən daha çox maraqlıdır, oxumaq istəyirəm. Mən imtahan verib, bura daxil olanda ingilis dilini bilirdim. Dedim ki, burada oxuyub biliyimi daha da möhkəmlətmək istəyirəm. Bu, məndə deyəsən alındı və indi ingilis dilini daha yüksək səviyyədə bilirəm."

Gələcəkdə daha maraqlı dərslərin olacağını deyən H.Əliyev bir neçə xarici ölkələrdə olduğunu söyləyib: "Burada təhsil sistemi xaricdəki təhsilə bənzəyir və heç bir fərqi yoxdur. Orta məktəbdə bir qədər fərqli idi. Amma burada elə bil xaricdə oxuyuram. Praktik olaraq fərq yoxdur. Burada heç kim özünü ağır hiss etmir. Dərsə gələndə kiminsə özünü pis hiss etdiyini görməmişəm. Hər kəs normal gəlir dərsə. Boş vaxtlarım olanda, dərslərdən sonra burada qalıram. Dostlarımla gəzirəm, yemək yeyirəm, sonra da evə gedirəm. Dincəlirəm, dərslərə hazırlaşıram."

Prezidentin oğlu qiymətləri ilə bağlı verilən suala səmimi cavab verib: "Qiymətlərim yaxşıdır. Razıyam, amma əla deyil. Gələcəkdə yüksəldəcəm. Atam dərslərimlə hər gün maraqlanır. Hər gecə məndən soruşur, dərslərin necə keçib, dostlarınla necə gəzmisən? Hara getmisən? Dərslərin ağırdır? Çətindir? O da mənə çox yaxşı təsir edir. Çünki məni fikirləşir."


Müəllif: