19 Avqust 2014 13:57
987
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Uşaqların başqa məktəblərə yerləşdirilməsi ilə bağlı heç bir yenilik yoxdur. Arada belə bir söhbət oldu ki, Təhsil Nazirliyi qapadılmış məktəbləri öz nəzdinə götürmək istəyir. Əlaqə saxladım, dedilər ki, yaxın günlərdə Təhsil Nazirliyindən bu barədə bir cavab deyəcəklər”.

Bunu türk liseylərində (“Çağ Öyrətim”) təhsil alan şagirdlərin “Valideynlər Şurası”nın rəhbəri Gülnarə Bağırova deyib. Onun sözlərinə görə, valideynlərin bir çoxu hələ də intizardadır: “Uşaqlarımızı hələ heç bir məktəbə yerləşdirməmişik. Yəqin ki, bu ayın sonuna qədər gözləyərik. Uşaqlarımızın başqa liseylərdə təhsil almaq üçün imtahan verməsi ilə də bağlı da hələ heç bir xəbər yoxdur. Təhsil Nazirliyindən bizimlə bir ay qabaq əlaqə saxlayıblar. Təhsil Nazirliyi təklif edir ki, uşaqları öz tabeliyindəki orta məktəblərə yerləşdirək. Bunu da valideynlərin əksəriyyəti istəmir”.

Təhsil Nazirliyindən isə bildirilib ki, nazirlik qapadılmış türk liseylərini öz nəzdinə götürmür: “Beynəlxalq Təhsil Kompleksinə daxil olan müəssisələr ARDNŞ-nin tabeliyində idi. Neft Şirkəti müəssisələrin bağlanmasına qərar verdi və onların yerləşdiyi binalar öz icarədarlarına qaytarıldı”.

Modern.az


Müəllif: