19 Avqust 2014 17:31

Bakıda keçiriləcək müdafiə sərgisində Fransanın müdafiə və təhlükəsizlik sektorunda fəaliyyət göstərən 15-ə yaxın şirkət təmsil olunacaq

Sentyabrın 11-dən 13-dək Bakıda keçiriləcək ADEX-2014 müdafiə sərgisində Fransanın müdafiə və təhlükəsizlik sektorunda fəaliyyət göstərən 15-ə yaxın şirkət təmsil olunacaq.


Teleqraf.com-un ADEX-2014 sərgisinin rəsmi saytına istinadən verdiyi məlumata görə, sərgidə iştirak edən şirkətlərdən yeddisi CİFAL France şirkətinin stendində, digərləri isə öz stendlərində məhsul və xidmətlərini nümayiş etdirəcək.


Azərbaycandan olan istifadəçilərə ADEX-2014 sərgisində öz məhsullarını təqdim edəcək Fransa müdafiə şirkətləri arasında MBDA, THALES, DCNS Group, «Losberger RDS», «Bertin Technologies», «NBC Defence», «Proengin» və digərləri yer alır.


Qeyd edək ki, son bir neçə ildə Fransa Azərbaycanla hərbi və müdafiə sənayesi sektorunda əməkdaşlığa daha çox maraq göstərir. Fransanın müdafiə sektorunda fəaliyyət göstərən bir sıra firmaları Bakıya səfər edərək Azərbaycanın hərbi qurumları üçün təqdimatlar keçirib.


Azərbaycanın müdafiə naziri isə Fransa səfəri zamanı bu ölkədə fəaliyyət göstərən böyük müdafiə şirkətlərinin müəssisələrinə baş çəkib və əməkdaşlıq məsələlərini müzakirə edib.


Müəllif:
Загрузка...