20 Avqust 2014 12:45
934
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün “Azadlıq” qəzetində Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin səhhətində ciddi problem yaranması və bu səbəbdən müalicə olunmaq üçün Avropa ölkələrindən birinə aparıldığı haqda xəbər dərc olunub.

Bu xəbərlə bağlı Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib ki, Ramiz Mehdiyev müalicə almaq məqsədilə heç bir ölkəyə səfər etməyib və hal-hazırda iş başındadır:

““Azadlıq” qəzetinin 20 avqust 2014-cü il tarixli sayında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri hörmətli Ramiz Mehdiyevin guya səhhətində problemlər yarandığı və müalicə olunmaq üçün xarici ölkəyə səfər etdiyi barədə yayılmış məlumatın heç bir əsası yoxdur. Ramiz müəllim müalicə almaq məqsədilə heç bir ölkəyə səfər etməyib və hal-hazırda iş başındadır” .

/qafqazinfo/


Müəllif: