21 Avqust 2014 12:35
959
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xeyli müddətdir efirlərdən uzaq düşən, insanlardan kənar gəzən müğənni Samir Bağırovun bu gün doğum günüdür.

Hər zaman qeyri adi geyimləri ilə diqqət mərkəzində olan stilist Samiraldo (Samir Əliyev) ifaçını təbrik edib. Stilist yaxın dostu olduğu müğənninin şəklini sosial şəbəkədə paylaşaraq ürək sözlərini çatdırıb:

"Bu gün sənin günündür dost, ad günün mübarək” şərhini əlavə edib.

Qeyd edək ki, Samir Bağırov 21 avqust 1967-ci ildə Bakı şəhərində anadan olub.

/anspress/



Müəllif: