22 Avqust 2014 10:39
937
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rezidenturaya boş qalan plan yerlərinə elan olunmuş müsabiqənin nəticələrini açıqlanıb.


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) Teleqraf.com-a verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün 132 namizəd ərizə təqdim edib.

TADK bəyan edir ki, qəbul olan şəxslər tələb olunan sənədləri (iş nömrəsi, şəxsiyyət vəsiqəsi və onun surəti, ali tibb təhsili haqqında sənəd (diplom) və onun surəti) avqustun 25-dən 26-dək olan müddətdə müvafiq quruma:

- Azərbaycan Tibb Universitetinə və digər tibb müəssisələrinə qəbul olmuş şəxslər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə;


- Naxçıvan Dövlət Universitetinə qəbul olmuş şəxslər Naxçıvan Dövlət Universitetinin tibb fakültəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Namizədin bu müddətdə qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtinası kimi qiymətləndiriləcək və o, qəbul olanların siyahısından çıxarılacaq.

Namizədlər nəticələrini TQDK-nın internet saytından və ya iş nömrəsini mobil telefonla 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

SEVİL


Müəllif: