22 Avqust 2014 11:45
962
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskva şəhərindəki məşhur “Kura” restoranı bağlanıb.

Teleqraf.com axar.az-a istinadən məlumatına görə, bu barədə qərar vergi xidmətinin apardığı ciddi yoxlamalardan sonra verilib. Mənbənin məlumatına görə, Moskvanın Kantemirovskaya küçəsində yerləşən restorana hazırda heç kim buraxılmır.

Restoranın sahibi əslən Zərdab rayonundan olan Mehman Nuriyev, onun şəriki isə Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibovdur.

Ayaz müəllim uzun illər Moskvada yaşadığı illərdə bu restorandakı otaqlardan birindən özü üçün kabinet kimi də istifadə etmişdi. Eks-prezident Bakıdan gələn qonaqlarını da məhz bu restoranda qarşılayırdı. Həmin restorana qeyri-rəsmi qəyyumluğu Ayaz Niyazoviç edirdi.

Mənbənin dediyinə görə, restoranın nə vaxt açılacağı bəlli deyil..


Müəllif: