22 Avqust 2014 12:36
1 208
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində parkların birində müğənni ilə sakinlər arasında dava düşüb.

Teleqraf.com ANS TV-yə istinadən xəbər verir ki, gecə saatlarında Sumqayıt şəhərində döyülərək təhqir edilmə faktı qeydə alınıb. Hadisə şəhərin Nəsimi əyləncə parkında baş verib. Belə ki gənc müğənni Həmid Soltan öz prodüseri Sitarə xanımla parkda atraksionlara əylənmək məqsədilə gəlib. Onların sözlərinə görə, atraksiyondan istifadə etməzdən öncə parkda xidmət edən şəxslər tərəfindən təhqir olunublar. Bundan sonra mübahisə davaya çevrilib.

Müğəninin dediyinə görə parkın əməkdaşları sərxoş vəziyyətdə olub və onlara təhqiredici sözlər işlədərk ,əl qaldırıb. Hadisə yerinə dərhal Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü polis bölməsinin əməkdaşları gəlib. Kiçik xəsarət alan Sitarə xanıma təcili tibbi yardım göstərilib. Müğənni hətta polis bölməsinədə müraciət edib. Artıq baş vermiş hadisə ilə bağlı Sumqayıt Şəhər 4-cü polis bölməsi həmin şəxslərin axtarışına başlayıb.

Elə bizdə üz tutduq sözügedən parka. Ancaq çəkiliş apardığımız vaxt parkda xidmət göstərənlərin əksəriyyəti belə bir hadisənin parkda çalışan əməkdaşlarla deyil burda dincələn sakinlərlə baş veridyini təsdiqlədi.

Baş vermiş hadisə ilə bağlı Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq şöbəsində araşdırmalara başlanılıb. Hadisənin dəqiq kim və ya kimlər tərəfindən törədildiyi aparılacaq araşdırmalardan sonra məlum olacaq.


Müəllif: