22 Avqust 2014 12:41
1 230
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda avqust ayında əvvəlki kəskin istilərin təkrarlanmayacağı pronozlaşdırılır.

Bu barədə Teleqraf.com-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat verilib.

Onun sözlərinə görə, avqustun 24-dək hökm sürən nisbətən sərin hava şəraitindən sonra, növbəti günlərdə kəskin istilər gözlənilmir.

Onun sözlərinə görə, avqustun 23-də Bakı və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək, şimal-qərb küləyi əsəcək.

Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 23-26, gündüz 30-35 dərəcə isti pronozlaşdırılır.

Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz olacaq. Lakin axşam və gecə saatlarında bəzi dağlıq rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi arabir güclənəcək.

Aran rayonlarında havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlıq ərazilərdə gecə 13-18, gündüz 25-30 dərəcə isti proqnozlaşdırılır.


Müəllif: