22 Avqust 2014 12:40

Sumqayıtda valideynləri həyat yoldaşından boşanmış gənc qadının 13 yaşlı övladını onun əlindən almaq üçün qəribə bəhanə uydurublar

Teleqraf.com-un İnterpress.az-a istinadən məlumatına görə Aygün Əliyevanın (ad şərtidir) həyat yoldaşından boşanmasına nail olan valideynləri daha sonra onun övladını əlindən almaq istəyiblər.

Bunun üçün onlar uşağa “Anan səni özü ilə Bakıya aparıb vəhabilərə satacaq” deyən ata-ana bu vasitə ilə uşağın anasından imtina etməsinə nail olmağa çalışıblar. Ancaq A.Əliyeva “Təmiz dünya” İctimai Birliyinə müraciət etdikdən və məsələyə polisin müdaxiləsindən sonra uşağı anaya qaytarmaq mümkün olub.

Təşkilatdan İnterpress.az-a bildirilib ki, hazırda qadın övladı ilə bərabər Bakıdakı sığınacaqlardan birinə yerləşdirilib: “Ailəsinin dağılmasına da qızın öz ata-anası səbəb olub. İndi də uşağı onun əlindən almaq istəyir, hətta öz övladlarını psixiatriya xəstəxanasına saldıracaqları ilə hədələyirlər”.


Müəllif:
Загрузка...