22 Avqust 2014 19:42
826
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son dörd ay ərzində paytaxt Bakıda 61 qanunsuz ağac kəsilməsi faktı aşkar edilib.

Həmin faktlardan 33-ü üzrə təqsirkarlar müəyyənləşdirilərək xüsusi qanunvericiliyə uyğun qaydada - Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 92 və 92.3.1 maddələrinə müvafiq olaraq ümumilikdə 461 min manat dəyərində cərimə olunub və hazırda həmin cərimə məbləğlərinin ödənilməsi üçün aidiyyatı üzrə icra qruplarına göndərilib".

Bu barədə Aktual.az-ın sorğusuna cavab olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Raqub Mirzəyev məlumat verib.

Nazirlik rəsmisi bildirib ki, qeydə alınmış 18 fakt üzrə təqsirkarlar müəyyənləşdirilməyib: "Elə buna görə həmin fakt üzrə təqsirkarların tapılıb inzibati məsuliyyətə cəlb edilməsi üçün hüquq-mühafizə orqanlarına müraciətlər olunub".


Müəllif: