29 Aprel 2014 12:55

"Öldürən, qız-gəlini aparan, hücum edib məscidlərimizi hərəmxanaya çevirən ermənilər olub"

"Əsl soyqırımı ermənilər törədiblər. Deyilənlərin hamısı yalandır. Öldürən, talan edən ermənilər, gəlinləri, qızları aparan onlar, kəndlərimizə hücum edib, məscidlərimizi hərəmxanaya çevirən onlardır. Onda onlar özləri necə soyqırıma məruz qala bilərlər?".

Bu sözləri Ağrı bölgəsinin Taşlıçay kəndində Adnan Menderes Məhləsində oğlu ilə yaşayan Azərbaycan əsilli 103 yaşlı Gülxanım Kızılqaya deyib.

Əsrdən artıq yaşı olan qadın 1915-ci ildə baş verən hadisələrdə kiçik uşaq olduğunu, ata-anasının hadisələrin canlı şahidi olduğunu və hadisələri məhz onlardan dəfələrlə dinlədiyini deyib.

Qadının sözlərinə görə, uşaq olsa da o zaman baş verənləri xatırlayır və bu dövrün acısını hələ də yaşayırlar.

"Mənim atama ermənilər "Glava Əziz" deyərdilər. "Glava" ictimaiyyətdə böyük nüfuza sahib olan şəxs mənasında idi. Mən uşaq olanda ermənilər buralarda illərlə gəlib yaşayıblar. Məscidlərimizi özlərinə ev ediblər. Gündüz ətrafı talayıb, gecələr məsciddə yatırdılar. Əllərində qılınc, gələn-gedənin boynunu vururdular. Yıxıb-talan etdikdən sonra çıxıb Ermənistana getdilər".

Gülxanın nənənin sözlərinə görə, qədimdən azərbaycanlılar mərkəzdə, kürdlər isə dağlıq ərazilərdə yaşayıblar. Ermənilər gələndə isə əhali kürdlərin yanına qaçıblar. "Hətta bir dəfə nənəm və babam qundaqdakı körpələrini götürərək qaçıblar. Onlar Düzmeydan kəndinə çıxıblar. Orada bir erməni atama sataşaraq onu öldürmək istəyib. Lakin evinı sığındığımız şəxs onu müdafiə edərək ermənilərə xəbərdarlıq edib. Onlar da qorxub qaçıblar. Günlərlə bu kənddə qalıblar. Geri qayıdanda isə öz evlərini talan edilmiş görüblər".

Kızılqayanın sözlərinə görə, 1915-ci il hadisələri zamanı qadın, uşaqda daxil olmaqla onlarla insan qətlə yetirilib. Hamilə qadınların qarınları yarılaraq körpələr məhv edilib.

Qadının atası onlara ermənilərin Yuxarı Taşlıçay kəndinə hücum etdiyini, samanlığa doldurduğu 100 nəfəri qaz yağı tökərək yandırdıqlarını danışıb.

"O qədər yandırıblar ki, hətta samanlığın qapısından yağ axıb. Bu zülmə məruz qalan insanların nəvələri hələ də bu torpaqlarda yaşayırlar. Ermənilər basqın etdikləri hər yerdə bəyəndikləri qızları özləri ilə aparıblar. İndi onlar "biz soyqırıma məruz qaldıq" deyirlər. İllərlə bu torpaqlarda insanların malını və canını alıblar".


Müəllif: