29 Aprel 2014 13:23
977
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib ki, son illər uğurla həyata keçirilən islahatlar nəticəsində ölkədə yoxsulluq və işsizlik səviyyəsi kəskin azalıb, vətəndaşların maddi rifah halının yaxşılaşdırılmasına nail olunub, sosial cəhətdən həssas əhali qruplarının sosial müdafiəsi gücləndirilib.

Teleqraf.com-un məlumatına görə, Səlim Müslümov ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturlarının əməkdaşlarından ibarət komandalar arasında ilk dəfə keçirilən idman yarışlarının (mini-futbol və şahmat turnirləri) açılış mərasimində çıxış edib.

Heydər Əliyevin idman sahəsinə göstərdiyi diqqət və qayğıdan söz açan Səlim Müslümov rəhbərlik etdiyi strukturda H.Əliyevin doğum günü ərəfəsində müxtəlif tədbirlərin həyata keçiriləcəyini nəzərə çatdırıb: “Bunlardan biri də mini-futbol turniri və şahmat turniridir. Belə idman turnirləri gənclərin sağlam həyat tərzinə daim sadiq qalmalarında mühüm əhəmiyyətə malikdir”.

Mini-futbol turnirlərinin qalibləri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ərəfəsində müəyyən olunacaq. Qalib komandalara kubok və medallar təqdim ediləcək.

Naibə


Müəllif: