29 Aprel 2014 19:29
1 054
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qarşıdakı günlərdə kütləvi həbslər gözlənilir”. Bu barədə “Axar.az”a Baş Prokurorluqdakı etibarlı mənbədən verilən məlumatda deyilir.

Mənbənin sözlərinə görə, tanınmış jurnalist Rauf Mirqədirovdan sonra hüquq müdafiəçisi Leyla Yunusun həbsi təsadüfi deyil: “Rauf Mirqədirovla bağlı açılan cinayət işində daha 15 nəfərin adı keçir. Onlarla bağlı xeyli subutlar toplanılıb və hazırda onların ermənilərlə işbirliyi təftiş edilir".

Mənbənin məlumatına görə, Leyla və Arif Yunusların ölkəni tərk etmə istəkləri bəzi dairələrdə xüsusi reaksiya doğurub: "Fransanın 2 saat içərisində Leyla və Arif Yunuslara 5 illik viza verməsi elə-belə məsələ deyil. İndi bu şəbəkənin xarici qüvvələr tərəfindən himayə altında ermənilərlə çalışması barədə şübhələr artıb. Nəzərə alsaq ki, Fransa ermənipərəst siyasəti ilə fərqlənir, onda bu şübhələr bir az da artır. Ona görə də Leyla Yunusun ofisi möhürlənəcək, daha 15 nəfər haqqında da həbs qətimkan tədbiri seçiləcək".

Mənbə həmin şəxslər içərisində ictimaiyyətdə tanınan şəxslərin də olduğunu bildirdi.


Müəllif: