30 Aprel 2014 11:14
1 129

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Abşeron rayonu, Digah qəsəbəsində fəaliyyət göstərən “Tur-M” MMC-yə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı markalanmasında düzgün olmayan məlumatlar verilməklə istehlakçıların çaşdırılmasına səbəb olan 400 markalı sementin istehsal edildiyi müəyyən olunub.

Nazirliyin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, yoxlama zamanı bu sementlərin etiketində xalis çəkinin 50kq±2 faiz göstərildiyi halda, faktiki çəkilərinin etiket göstəricisindən orta hesabla 2 kq az olduğu aşkar edilib. Bundan başqa, istehsalat sahəsində kisələrə qablaşdırılmış sementlərin çəkilməsi üçün müvafiq qaydada yoxlanılmayıb və nişanlanmamış ölçü cihazlarından istifadə edildiyi müəyyən edilib.

Yol verilən qanun pozuntusu ilə əlaqədar Dövlət Xidməti tərəfindən “Tur-M” MMC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Naibə


Müəllif: