30 Aprel 2014 15:46

Azərbaycanda İİV (İnsanda İmmun çatışmazlığı Virusu) infeksiyasına yoluxan insanların sayı artıb.

Onların sayı 4444 nəfərə çatıb. Səhiyyə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, ümumilikdə Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkar edilidiyi 1987-ci ildən 2014-cü ilin I rübünün sonunadək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq olunmuş 4444 nəfər rəsmi qeydiyyata götürülüb. Onlardan 4289 nəfəri (96,5%) Azərbaycan vətəndaşı, 155 nəfəri (3,5%) isə əcnəbidir.

İİV-ə yoluxmuş vətəndaşlardan 3319-u (77,4%) kişi, 970-i (22,6%) qadındır. QİÇS mərhələsində olan insanların sayı 1361 nəfər, onlardan Azərbaycan vətəndaşlarının sayı 1340 nəfər, İİV infeksiyasından dünyasını dəyişmiş insanların sayı 596 nəfər, onlardan Azərbaycan vətəndaşların sayı 588 nəfər olub.

İİV-ə yoluxması təsdiq olunmuş 4289 Azərbaycan vətəndaşından 2435-də (56,8%) İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 1391-də (32,4%) heteroseksual, 55-də (1,3%) isə homoseksual kontakt nəticəsində, 71-də (1,7%) anadan uşağa keçməklə olub. 337 nəfərdə (7,8%) yoluxma yolu naməlumdur.

SEVİNC


Müəllif: