2 May 2014 17:29
772
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhər sakini Niyazi Məmmədov tərəfindən yol verilmiş qanun pozuntuları ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

Prokurorluğun mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, N.Məmmədov etibardan sui-istifadə etmə və aldatma yolu ilə ayrı-ayrı vətəndaşlardan Nəsimi və Yasamal rayonları ərazisində tikilməkdə olan hündürmərtəbəli yaşayış binalarından onlara mənzil verəcəyi adı ilə ümumilikdə 418 min manat məbləğində, Bakı şəhər sakinindən özünün guya vəzifəyə təyin olunacağını bildirib vəzifəli şəxsə verilməsi adı ilə 100 min manat məbləğində, eləcə də vətəndaşlardan onların övladlarını dövlət qurumlarında işə düzəldəcəyinə dair yalan vədlər verib.

Onun ümumilikdə 24 min manat məbləğində vəsaiti ələ keçirərək təkrarən dələduzluq etməsində şübhələr üçün əsaslar olduğundan Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsində nəzərdə tutulan ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İstintaq zamanı vurulmuş ziyanın qismən ödətdirilməsi təmin edilib. Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


Müəllif: