3 May 2014 12:58
1 243
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Elnarə Tofiqqızının ölümündə həkimlər günahkardır”.

Bunu "Aktual.az"a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli həkim səhlənkarlığı nəticəsində həyatını itirən tənqidçi Elnarə Tofiqqızı barədə danışarkən deyib. Onun sözlərinə görə, həmin əməliyyatda narkoza ehtiyac olmayıb: “Amma həkimlərin qeyri-peşəkarlığı nəticəsində Elnarə Tofiqqızı həyatını itirib”.

Anar Qədirli həmçinin deyib ki, tibbi ekspertiza bu barədə də qərar verib, amma verilən qərar Elnarə Tofiqqızının həyat yoldaşı Anar Niftəliyevi qane etmədiyi üçün bununla bağlı yenidən ekspertiza keçirilməsi üçün müraciət olunub: “Onu da qeyd edim ki, bizim tibbi ekspertiza orda həkimin günahı olduğunu təsdiqləyib”.

Xatırladaq ki, 1977-ci il təvəllüdlü E. Tofiqqızı ötən il sentyabrın 20-də Nəsimi rayonunda yerləşən “Medi Sina” Tibb Mərkəzində süd vəzi kanalının əməliyyatı zamanı vəfat edib. Hadisədən dərhal sonra E.Tofiqqızının meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertizası və komisyon müayinədən keçirilib. Keçirilən ekspertizanın rəyinə əsasən müəyyən edilib ki, E. Tofiqqızı üzərində anestezioloq düzgün anesteziya əməliyyatı aparmayıb. Nəticədə xəstənin ağciyərinin funksiyası pozulub və o, tənəffüs çatışmazlığından vəfat edib.


Müəllif: