3 May 2014 13:16
1 101
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Mətbuat Şurası Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) ilə birgə “Əli bəy Hüseynzadə və türk dünyası” mövzusunda KİV-lər arasında keçirdiyi müsabiqənin nəticələri açıqlanıb.

Teleqraf.com-un məlumatına görə, müsabiqənin məqsədi türk xalqlarının mədəni inteqrasiyasının məfkurə kimi təşəkkül tapmasında mühüm rol oynamış, müstəqil milli dövlətçiliyimizin nəzəri əsaslarının işlənib hazırlanmasında yaxından iştirak etmiş Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi ilə bağlı prezidentin imzaladığı sərəncama uyğun olaraq dahi mütəfəkkirin həyat və fəaliyyətinin işıqlandırılmasına və təbliğinə yönələn tədbirlərə dəstək vermək olub.

3 may Türkçülük günündə açıqlanan nəticələrə əsasən "Gündəlik Teleqraf"ın redaktoru Dilqəm Əhməd ikinci yerə layiq görülüb.


Müəllif: