4 May 2014 10:04
909
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycanda 2014-2015-ci tədris ili üzrə qəbul kampaniyası çərçivəsində ilk qəbul imtahanının keçirilməsinə başlanılır.

Teleqraf.com komissiyanın saytına istinadən xəbər verir ki, bu gün rus bölməsi abituriyentləri üçün "Azərbaycan dili" fənni üzrə imtahan keçirilir.

İmtahanda 8215 abituriyent iştirak edəcək. Abituriyentlərin 3676 nəfəri oğlan, 4539 nəfəri qızdır. 5863 abituriyent orta ümumtəhsil müəssisələrinin bu ilki məzunu, 2352 nəfər isə əvvəlki illərin məzunlarıdır. 35 abituriyent ali təhsil müəssisələrinin məzunları, 363 abituriyent isə orta ixtisas təhsil müəssisələrinin məzunlarıdır. Ən yaşlı abituriyent 1970-ci il təvəllüdlü, ən gənc abituriyent isə 1999-cu il təvəllüdlüdür.
İmtahan Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Şəki, Ağcabədi, Göyçay, Lənkəran, Şirvan və Xaçmaz şəhərlərində keçiriləcək.

Bakı şəhərində 5367 , Naxçıvanda 27 , Gəncədə 865, Sumqayıtda 524, Şəkidə 357, Ağcabədidə 102, Göyçayda 206, Şirvanda 128, Lənkəranda 134, Xaçmazda isə 505 nəfər abituriyentin imtahan verməsi nəzərdə tutulub.

İmtahan Bakı şəhərində 9 , Naxçıvanda 1 , Gəncədə 2 , Sumqayıtda 1, Şəkidə 1 , Ağcabədidə 1 , Göyçayda 1 , Şirvanda 1 , Lənkəranda 1 , Xaçmazda 1 binada keçirilir.

Qeyd edək ki, rus bölməsinin abituriyentləri üçün "Azərbaycan" dili fənni üzrə ikinci imtahan iyulun 3-də keçiriləcək.


Müəllif: