5 May 2014 12:11
387

Sabah Xorvatiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Daraqo Lovriç Azərbaycana rəsmi səfərə gələcək. Səfər çərçivəsində qonağın Müdafiə Nazirliyində görüşləri planlaşdırılır.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, general D.Lovriçin rəhbərlik etdiyi nümayəndə heyətinin NATO Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin motoatıcı taborunun 2-ci səviyyəli NATO qiymətləndirməsi üzrə səhra təliminin Müşahidəçilər görüşündə iştirakı, o cümlədən Silahlı Qüvvələrin Hərbi Akademiyası, Təlim və Tədris Mərkəzi ilə tanışlığı gözlənilir.

Qeyd edək ki, səfər mayın 8-dək davam edəcək.

BƏXTİYAR


Müəllif: