5 May 2014 15:11
1 306
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabiq deputat, iqtisadçı Nazim Məmmədov mayın 4-də doğum gününü qeyd edib. 51 yaşını tamamlayan Nazim müəllim ad gününü ailəsilə birlikdə keçirib.

Həm təbrik etmək, həm də ömrünün 51-ci ilinə qədəm qoyması münasibətilə haqqında yazı hazırlamaq məqsədilə sabiq deputata zəng vurduq. Nazim müəllim bu dəfə də zarafatından qalmadı. Gülərək "mən jurnalistlərə açıqlama vermirəm" deyən medianın dostu ad günü yazısı üçün Facebook səhifəsində kifayət qədər material olduğunu deməyi unutmadı.

Biz də sabiq deputatın şəxsi səhifəsinə göz gəzdirdik. Və gözümüzə belə bir status dəydi: "1592 facebook dostumdan 182 nəfər yəni 11.4% profilimə yazdı, 19 nəfər yəni 1.2% inboxa, 16 nəfər isə yəni 1% isə yazılmış təbriklərə qoşularaq təbrik edib. Ümumilikdə 217 nəfər yəni 13.63% facebookda olan dostlarımın içindən daha diqqətlidirlər. Bir daha təşəkkürlər, sizin hamınızın sağlığına 5 ulduzlu gürcü konyakından 130 qram içmişəm!"

Qeyd edək ki, N.Məmmədov 1963-cü il mayın 4-də Gədəbəy rayonunun Çayrəsullu kəndində anadan olub. 1982-ci ildə Bakı Plan-Uçot texnikumunu, 1989-cu ildə isə Voronej Dövlət Aqrar Universitetinin Yer quruluşu fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1989-cu ildən Voronej Kənd Təsərrüfatı İnstitutunda kiçik elmi işçi, 1990-cı ildən Voronej Dövlət Aqrar Universitetində müəllim işləyib. 1993-1999-cu illərdə Rusiya Federasiyasının Lipetsk şəhərində "Kapital X" MMC-nin baş direktoru, 1996-cı ildən "İmperial LTD" Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru olub. 2000-ci ildən Bakı şəhərində "Qlobal Kaspian LTD" şirkətinin prezidenti, 2003-2005-ci illərdə "Binapmetal" MMC-nin baş direktoru vəzifələrində çalışıb. 1999-cu ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

2005-ci il noyabrın 6-da Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə 104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən millət vəkili seçilib.

İqtisad elmləri namizədidir. Bir kitabın və çoxsaylı elmi məqalələrin müəllifidir. Rus dilini bilir.

Evlidir, 2 övladı var.


Müəllif: