5 May 2014 19:08
980
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK)_ ümumtəhsil məktəbləri IX və XI sinif şagirdlərinin buraxılış imtahanlarında iştirakının təmin edilməsi məqsədilə “Şagird-məzun” sisteminə şagirdlər haqqında məlumatların daxil edilməsi üçün vaxtı uzadıb.

Teleqraf.com-a TQDK-dan daxil olan məlumata görə, son tarix 12.05.2014 saat 18:00-a qədər əlavə vaxt verilir.

Bununla əlaqədar şəhər (rayon) təhsil şöbələri və ümumtəhsil müəssisələrinin əlaqələndiricilərinin nəzərinə çatdırılır ki, daxil edilməmiş məlumatların “Şagird-məzun” sisteminə əlavə edilərək təsdiq edilməsini təmin etsinlər!

Azərbaycan Respublikasının "Şagird-məzun" sistemi üzrə statistik məlumata görə, indiyədək 201091 məzun haqqında məlumat təsdiqlənib. 4708 şagirdin məlumatı hələ də təsdiq edilməyib.

NİGAR


Müəllif: