6 May 2014 12:09
2 234
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Tibb Universiteti yeni layihə elan edib. Teleqraf.com-un məlumatına görə, hər ay universitetin Facebook səhifəsində tibbin müxtəlif sahələrində tanınmış mütəxəssislərlə görüş təşkil olunacaq.

Həftə boyunca hər bir facebook istifadəçisi həmin sahə ilə əlaqədar onu narahat edən sualları həkimə göndərə bilər.

Suallar toplandıqdan sonra mütəxəssisin cavabları ümumiləşdirilərək facebook səhifəsində dərc olunacaq. Səhifənin ilk qonağı tibb üzrə fəlsəfə doktoru, ağciyər xəstəlikləri üzrə tanınmış mütəxəssis Rafiq Bayramov olacaq. Sualları göndərmək üçün ATU-nun rəsmi facebook səhifəsini bəyənmək (like) lazımdır. Qeyd edək ki, Rafiq Bayramov ATU-nun Pediatriya fakultəsində təhsil alıb. 2013-cü ildən etibarən isə rektor köməkçisi vəzifəsinə təyin olunub.

https://www.facebook.com/ATU.official?ref=hl


Müəllif: