7 May 2014 11:12
2 304
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün millət vəkilləri məhrum Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar Fəxri Xiyabanın qarşısında toplaşıblar.

Teleqraf.com-un məlumatına görə, Milli Məclisin üzvləri Fəxri Xiyabanda H.Əliyevin məzarını ziyarət edəcək.

Ziyarətçilər arasında Azərbaycan Respublikası Baş nazirinin müavinləri, YAP-ın Sədr müavini - icra katibi Əli Əhmədov, İcra katibinin müavinləri, millət vəkilləri, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Milli Məclisin vitse-spikerləri Ziyafət Əsgərov, Bahar Muradova, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov və digər rəsmi şəxslər olub. Mərhum prezidentin məzarı üstünə əklil və gül çiçəkləri qoyanları arasında keçmiş təhsil naziri Misir Mərdanov, sabiq deputat Nizami Xudiyev də vardı. Sonra qonaqlar oftomoloq alim Zərifə xanım Əliyevanın məzarını ziyarət ediblər. Daha sonra “JW Marriott Absheron” otelində Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş tədbir öz işinə başlayıb.


Müəllif: