7 May 2014 14:38
947
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müəllim hazırlığının məzmununu təkmilləşdirmək üçün yeni araşdırmalar başlanılacaq.

Teleqraf.com-un xəbərinə görə, bu fikirləri "Təhsildə interaktiv texnologiyalar-2014" müsabiqəsinin nəticələri açıqlanan tədbirdə Təhsil Problemləri İnstitutunun direktoru Qulu Novruzov bildirib.

O, deyib ki, müəllim hazırlığı ilə bağlı səslənən iradlarla əlaqədar araşdırmalar aparılacaq: "Təhsil Problemləri İnstitutu eyni zamanda yeni texnologiyaların hazırlanmasında, tədrisin metodikasının təkmilləşdirilməsi ilə bağlı müəyyən addımlar atacaq. Eyni zamanda yeni təsdiq olunmuş strukturda yaradılan dərslik və dərs vəsaitlərinin metodologiyası və müəllim hazırlığının kurikulum şöbəsinin də yaradılması perspektivdə var".

SEVİL


Müəllif: