8 May 2014 21:33
1 150
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Heydər Əliyev Fondunun həyata keçirtdiyi layihələrə bir neçə istiqamətdən yanaşmaq lazımdır. İlk növbədə bunu xüsusi ilə vurğulamaq lazımdır ki, Heydər Əliyev Fondunun fəaliyyəti, Mehriban xanım Əliyevanın strateji layihələr həyata keçirtməsi ümumilikdə Azərbaycan qadınlarının cəmiyyətdə aktivləşməsinə müsbət təsir etdi".

Bunu Teleqraf.com-a “Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova Heydər Əliyev Fondunun 10 illik fəaliyyətinə münasibətini açıqlayarkən bildirib.

Onun sözlərinə görə, bölgələrdə apardığıqları araşdırmalar da illər öncə azərbaycanlı qadınlarin öz hüquqlarını belə qorumağa ehtiyat etdiklərini sübuta yetirib: "Bu gün qadınlar isə nəinki hüquqlarını müdafiə edir, həmçinin vətəndaş cəmiyyəti sektorunda aparıcı qüvvəyə çevriliblər. Tək bunu demək kifayətdir ki, istər beynəlxalq müstəvidə, istrsədə Prezident Yanında QHT-rə Yardım Fondu ilə əməkdaşlıqda qadın təşkilatları xüsusi rol oynayır. Bunun yaranmasının başlıca səbəbi isə insanların, o cümlədən qadınların özünəinamının bərpasııdır. Mən əminliklə deyə bilərəm ki, postsovet məkanında Azərbaycan qadınları xüsusi yerlərdən birini tutur. Ölkəmizdə qadınlar vətəndaş cəmiyyətlərinin formalaşmasında mühüm rol oynayırlar".

Mehriban Zeynalovanın sözlərinə görə, son iki il ərzində idarəetmə strukturlarında da qadınların rolu kifayət qədər artıb: "Əksər rayonlarda icra hakimiyyəti başçılarının müavinləri, aparıcı şöbələrin müdirləri məhz xanımlardır. Öncələr parlamentdə qadınlara çox az rast gəlinsə də, indi yetərli qədər xanım millət vəkillərimiz var və kifayət qədər bacarıqlıdırlar".

Mehriban Zeynalova hesab edir ki, qadınların cəmiyyətdə aktivləşməsi də məhz Mehriban Əliyevanın şəxsiyyəti və xarizması ilə birbaşa bağlıdır:

"Bir məqamı da xüsusi olaraq qeyd edim ki, ölkədə tolerantlıq qadınlar aktiv olanda, cəmiyyətdə aparıcı gücə çevriləndə güclü olur. Çünki qadınlar cəmiyyətin maarifləndirici qoludur. Yeniyetmələrin, gəncliyin tərbiyəsi birbaşa ana ilə bağlı olduğundan, ananın insanlara, ətrafa, dinlərə olan baxışları avtomatik övladların təfəkkürünə təsir edir. Bu baxımdan qadınların cəmiyyətdə rolu nə qədər artırsa, inanın ki, dini-milli tolerantlıqd a o qədər sabit olur.

Heydər Əliyev Fondunun həyata keçirtdiyi layihələr çoxşaxəlidir. Səhiyyədən tutmuş maarifləndirməyə, mədəniyyətdən tutmuş tarixi irsimizin öyrənilməsinə qədər bütün sahələrdə işlər həyata keçirilir və bunların tək məqsədi PEŞƏKAR VƏTƏNDAŞ yetişdirməkdir. Peşəkar vətəndaşların cəmləşdiyi toplumlarda isə sözsüz ki, milli-dini tolerantlıq ən yüksək səviyyədə olur”.

Təşkilat sədri Mehriban Zeynalova bəyan edib ki, Heydər Əliyev Fondu 10 il ərzində Azərbaycanda milli dəyərlərə, əxlaq kodekslərinə söykənəkli yeni nəsil formalaşdırıb və bu nəsil Azərbaycanın gələcəyində həlledici rol oynayacaq.

Teleqraf.com


Müəllif: