12 May 2014 09:57
473

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası abituriyentlərə müracət edib.

May ayın 18-də I və IV ixtisas qrupları üzrə imtahan verəcək abituriyentlər "İmtahana buraxılış vərəqi" ni çap edə bilərlər. Buraxılış vərəqini çap etmək üçün TQDK-nın saytına girmək kifayətdir.

İmtahana gələrkən “İmtahana buraxılış vərəqi” və şəxsiyyət vəsiqə mütləq götürülməlidir.

Ötən gün isə əvvəlki illərin məzunları 2-ci və 3-cü ixtisas qrupları üzrə imtahan veriblər. Artıq imatahanda istifadə olunmuş test tapşırıqlarının düzgün cavabları TQDK-nın saytında yerləşdirilib.

Qeyd edək ki, bu ilin məzunları tam orta və orta ixtisas təhsili müəssisələrini 2014-cü ildə bitirən, həmçinin ali təhsil müəssisələrini bu il bitirib ikinci ali təhsil almaq istəyən şəxslər üçün qəbul imtahanları iyul ayında keçiriləcək.


Müəllif: