12 May 2014 10:34
470

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev mayın 21-də fondun Zərdab rayon şöbəsinin inzibati binasında Zərdab, Ağcabədi, Bərdə, Tərtər, Ağdam, Beyləqan, Xocavənd, Xocalı, Laçın, İmişli və Füzuli rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək.

Teleqraf.com-un məlumatına görə, qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar DSMF-nin elektron poçt ünvanı, həmçinin müvafiq telefon nömrələri ilə əlaqə saxlaya bilərlər.

Qəbulda iştirak edəcək vətəndaşların mayın 21-də DSMF-nin müvafiq rayon şöbələrinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla Zərdab rayon şöbəsinə aparılıb-gətirilmələri təmin olunacaq.

Naibə


Müəllif: