12 May 2014 12:54
858
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Baş direktoru Frensis Qarri 13-15 may Azərbaycanda rəsmi səfərdə olacaq.

Teleqraf.com-un məlumatına görə, səfər çərçivəsində Azərbaycan hökuməti ilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanacaq.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Xarici İşlər Nazirliyi və Müəllif Hüquqları Agentliyi rəhbərliyi ilə görüşəcək ali qonağın Dövlət İdarəçilik Akademiyasında “Müasir iqtisadiyyatda əqli mülkiyyət” mövzusunda məruzə ilə çıxış edəcəyi planlaşdırılır.

Bir neçə gün öncə Təşkilatın ikinci dəfə Baş direktoru seçiləndən sonra Frensis Qarri ilk səfərini Azərbaycana edib.

Azərbaycan BMT-nin ixtisaslaşdırılmış hökumətlərarası beynəlxalq təşkilatı olan Ümumdünya Əqli Mülkiyyət Təşkilatına (ÜƏMT) 1995-ci ildə üzv olub.

Naibə


Müəllif: