12 May 2014 22:10
1 061

Erməni bort bələdçisini boğmağa çalışıb.

Teleqraf.com bildirir ki, Ermənistan polisi Dubay-İrəvan reysi zamanı təyyarənin içində olmuş hadisənin təfərrüatını açıqlayıb.

"Zvartnos" aeroportunun təhlükəsizlik xidmətinə Dubaydan uçan təyyarənin içində sərnişin xuliqan hərəkətləri etdiyi barədə siqnal daxil olub. Aeroportun xətt bölməsinə məlumat Dubay-İrəvan reysini yerinə yetirən təyyarədən daxil olub.

Operativ qrup Dubaydan gəlmiş 1977-ci il doğumlu Ermənistan vətandaşı Artyom M.-i trapda qarşılayıb və dərhal onu həbs ediblər.

Hadisənin iştirakçısı olmuş şərnişinlərin bildirdiyinə görə enməyə 40 dəqiqə qalmış Artyom M. aqressiv hərəkətlər etməyə başlayıb. O, bort bələdçilərinin sakitləşmək tələblərinə məhəl qoymayaraq təcavüz göstərməyə başlayıb. Yumruqlarla hücum edən kişi sonda stüardessanı boğmağa çalışıb.

Artyom M. sərnişinləri təhqir edərək onları söyub. O, həbs edilərək nəzarət altına alınıb.


Müəllif: