16 Aprel 2014 13:00
730
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabah Bakıda havanın temperaturu 25 dərəcə isti olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosudan Teleqraf.com-a verilən məlumata görə, aprelin 17-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu keçəcəyi, arabir tutulacağı, əsasən yağmursuz olacağı gözlənilir. Gündüz cənub küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 7-11, gündüz 20-25 dərəcə isti təşkil edəcək.

Azərbaycanın bölgələrində aprelin 17-də əksər rayonlarda hava əsasən yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi dağlıq rayonlarda qısamüddətli yağış yağacağı, şimşək caxacağı ehtmalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 7-12, gündüz 20-25, dağlıq ərazilərdə gecə 2-7, gündüz 12-17 dərəcə isti təşkil edəcək.


Müəllif: