13 May 2014 14:13
1 077
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Nuranə Mərdanova təqaüdə göndərilib. Bu barədə Publika.az-a özü məlumat verib.

“Artıq bu ayın əvvəlində 70 yaşım tamam olub. Ona görə də təqaüdə çıxmalı idim. Bu vaxta qədər bəzi işlərlə əlaqədar işdən çıxmağım gecikmişdi. Bu gündən isə artıq təqaüddəyəm. Yerimə kimin təyin edilməsi barədə məlumatım yoxdur. Hazırda işləri şöbə əməkdaşları davam etdirir, hələ ki, təyinat yoxdur”.

N.Məmmədova bundan sonra tərcümə sahəsində məşğul olacağını dedi:

“1967-ci ildən tərcümə ilə məşğul oluram, fəaliyyətimi bu istiqamətdə davam etdirəcəm. Çünki bu yaşda sonra dövlət qulluğunda çalışa bilmərəm, özəl yerlər isə mənə uyğun deyil”.

Gülxar


Müəllif: