13 May 2014 14:20
656

Bu gün axşam Bakı-Sumqayıt yolu qismən bağlanacaq. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 22:00-dan etibarən Bakı-Sumqayıt yolunun 6-cı kilometrindən 11-ci kilometrinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Sürücülərdən bunu nəzərə almaları tövsiyə olunur.


Müəllif: