14 May 2014 12:48
842
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev Türkiyə prezidenti Abdullah Gülə və baş naziri Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

Teleqraf.com xəbər verir ki, İlham Əliyev başsağlığı mesajında Manisa vilayətindəki kömür mədənində baş vermiş partlayış nəticəsində çoxsaylı insan tələfatı xəbərindən son dərəcə sarsıldığını və kədərləndiyini bildirib:

“Bu faciə ilə əlaqədar kədərinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm. Allah rəhmət eləsin!”.

Səxavət


Müəllif: