14 May 2014 12:55
1 712
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaxın günlərdə Xəzər dənizinin çimərlik ərazisində monitoriqnlər başlayacaq. Bu barədə Respublika Gigiyena və Epidemologiya Mərkəzindən məlumat verilib.

Mərkəz əməkdaşları hər il çimərlik mövsümü başlamazdan öncə dənizdə epidemik təhlükənin olub-olmamasını yoxlayırlar. Müayinələr bakteoroloji, kimyəvi, eyni zamanda toksikoloji üsulla aparılır. Öncə bütün faktlar toplanır, yekun vəziyyətlə bağlı Bakı şəhər İcra Hakimiyyətinə gərəkli məlumat verilir.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Ziyəddin Kazımov deyir ki, bu il sözügedən monitorinqlərə may ayının 19-20-dən başlamaq nəzərdə tutulur. Proses müntəzəm aparılaca q və oktyabr ayınadək davam edəcək: “Hələlik monitorinqlərə başlaya bilmərik. Çünki bunun üçün suyun hərarəti 38 dərəcədən yuxarı olmalıdır. Qeyri-normal hava şəraiti işləri ləngidir. Mərkəz sırf sudakı bakteriyaları aşkar edir, sudakı mikroelementlər isə soyuq olanda hiss edilmir. Havaların isinməsini və dəniz suyunun nisbətən ilıq olmasını gözləməliyik".

Ziyəddin Kazımov onu da əlavə edib ki, monitorinqlərə əsasən Abşeron yarımadasının və şimal regionlarının çimərliklərindən başlanılacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın sözlərinə görə, bu monitorinqlərə nazirlik də qoşulacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi hər il olduğu kimi bu il də çimərliklərin monitorinqini aparacaq. Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsindən bildiriblər ki, monitorinqlərə gələn həftədən başlanılması nəzərdə tutulub.

Fidan Əliyeva


Müəllif: