2 Fevral 2015 17:34
1 543
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin yaz sessiyasının ilk iclasında “Reklam haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb.

Teleqraf.com xəbər verir ki, millət vəkili Vahid Əhmədov deyib ki, yeni qanun layihəsində alkoqollu içkilərin, abortun reklamı, dərs vəsaitlərinin üzərində reklamların yerləşdirilməsi, dərman peraparatlarının reklamı, hərbi təyinatlı silahların reklamı, açıq məkanda reklamın yerləşdirilməsi ilə bağlı bir sıra qadağalar və yeni qaydalar öz əksini tapıb. O bildirib ki, sponsor reklamının təqdim olunmasına dair xüsusi layihə təqdim edilib: “Layihədə reklamın nəqliyyat vasitəsinə yerləşdirilməsilə bağlı sərnişinlərin təhlükəsizlik məsələsinə yenidən baxılıb. Bu layihədə həmçinin, lotoreyanın reklamında olan məlumatların dəqiq əks olunması haqqında tələblər irəli sürülüb”.

Millət vəkili deyib ki, layihə plenar iclasa keçirlməzdən əvvəl müvafiq qurumlara da təqdim olunub: “Qanun layihəsinin ərsəyə gəlməsinə görə Milli Məclisin sədri Oqtay Əsədova minnətdarıq”.

Deputat Zahid Oruc deyib ki, reklam haqqında qanunvericilik nəinki beynəlxalq hətta, daxili tələblərə uyğun gəlmirdi. O qeyd edib ki, bir tikinti kampaniyası özünün inşa etdiyi tikilini reklam etdirmək istəyir və yeni ailə quranları reklama çıxarır: “Reklamda isə gəlin bəyin qalstukundan tutub yeni evə aparır. Bu bizim adət-ənənələrə nə dərəcədə uyğundur, bunu bilmirəm. Hansısa bir şirniyyət növünü reklam edirlər. Rekalmda kimsə bunu dadır, dişi möhkəmlənir və başqalarına hücum çəkir. Açıq-aşkar zorakılığın nümunələrini görürük”.

Millət vəkili bildirib ki, verilişlərin 20 faizini reklam təşkil edir və bunu görən seyirçi inildəyir: “Vətəndaş hər gün psixoloji zədə alır”.

Nemət


Müəllif: