2 Fevral 2015 18:38
880
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabah Bakıda havanın temperaturunun çoxillik iqlim normasından 3-4 dərəcə yüksək olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Teleqraf.com-a verilən məlumata görə, hazırda Bakıda müşahidə edilən temperatur iqlim normasından 2-3 dərəcə yuxarıdır.

Sabah Bakıda gündüz 10-15 dərəcə isti olacağı gözlənilsə də, bu temperatur rekord sayıla bilməz. Çünki ondan da yüksək temperatur - 17 dərəcəyədək isti 2003-cü ildə Bakıda qeydə alınıb.

Sabah Azərbaycanın Aran rayonlarda gündüz saatlarında 12-18, dağlıq rayonlarda 10-15 dərəcə isti olacaq ki, bu da normal hesab edilir.


Müəllif: