2 Fevral 2015 20:20
1 831
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümumrespublika Gənclər Günü münasibəti ilə Milli Məclisin deputatı Fuad Muradov dərs dediyi “ADA” Universitetinin bir qrup tələbəsini parlamentin iş fəaliyyəti ilə tanış edib.

Teleqraf.com-un xəbərinə görə, Milli Məclisin əsas binasında olan gələcək diplomatlar iclas zalı, konfrans və deputat otağı ilə tanış olublar.

F.Muradov qanunverici orqanın fəaliyyət prinsipləri barədə danışaraq qeyd edib ki, Milli Məclis ölkədə qanunların qəbul olunması üçün çevik iş təcrübəsinə malikdir. Daha sonra deputat tələbələrin suallarını cavablandırıb. Tələbələr bu görüşün onlarda çox böyük təəssürat yaratdığını bildiriblər.

Nihad


Müəllif: