4 Fevral 2015 12:12
870
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ələt-Lökbatan marşrutunun açılmasına böyük ehtiyac var. Dəfələrlə aidiyyatı qurumlara müraciət etməyimizə baxmayaraq, məsələ öz müsbət həllini tapmayıb”.

Teleqraf.com xəbər verir ki, bu sözləri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov deyib.

Onun sözlərinə görə, 3 ildir ki, bu məsələ gündəmdədir: “Lakin hələlik marşrut açılmayıb. Bu da əhalinin narazılığına səbəb olur. Srağagün məsələ ilə bağlı Nəqliyyat Nazirliyinə müraciət etmişəm”.

Nərmin


Müəllif: