4 Fevral 2015 14:09
654

Bu gün saat 10:00-dan 18:00-dək Ucar və Oğuz rayonunun, eləcə də Tağıyev, Giləzi, Yeni Yaşma, Şurabad, Sitalçay, Zarat, Candahar, Beşdam, Qara Siyəzən yaşayış məntəqələrinin qaz təchizatı məhdudlaşdırılacaq.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, qaz təchizatında məhdudiyyətlərin yaranması qazpaylama stansiyalarında aparılan təmir işləri ilə əlaqədardır.

Qeyd edək ki, aparılan işlərin Şəmkir rayonu və Qaradağ rayonu Sahil qəsəbəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.


Müəllif: