4 Fevral 2015 13:23
591

“19 saylı xəstəxananın baş həkiminin özbaşınalığı həddini aşıb, əhalinin şikayətləri artıb”.

Teleqraf.com-un məlumatına görə, bu sözləri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov deyib.

O, rayon ərazisində yaşayan insanların sözügedən xəstəxanadan şikayətçi olduqlarını dilə gətirib:
“Təsəvvür edin ki, əhalinin özəl xəstəxanalara üz tutması 19 saylı xəstəxanadan narazılıqlarla bağlıdır.
Son vaxtlar baş həkimin özbaşınalığı artıb. İcra hakimiyyətinin müavininə, işçilərinə qarşı “siz kimsiniz mənə söz deyirsiniz” kimi ifadələr işlədib. Hörmətli baş həkim, mən prezident tərəfindən imzalanmış sərəncama əsasən, bu vəzifəyə təyin edilmişəm. Sən kimsən? Bir dönüb keçmişinə bax, sonra bizim işçilərə cavab verərsən”.

Süleyman Mikayılov bildirib ki, baş həkim barədə İcra Hakimiyyəti səhiyyə naziri Oqtay Şirəliyəvə müraciət edəcək.

Nərmin


Müəllif: