6 Fevral 2015 15:52
2 174
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının abadlaşdırılması proqramı çərçivəsində “Sovetski” məhəlləsindən köçürülən sakinlərə pul ödənişi dayandırılıb.

Bu haqda “Teleqraf.com”a məlumat verən sakinlər bildiriblər ki, 2014-cü ilin dekabrından etibarən “Sovetski”dən köçürülmə faktiki olaraq dayandırılıb: “Hətta dövlət komissiyasının ölçüb qiymətləndirdiyi, sənədləri qaydasında olan və sahiblərinin sökülməsinə etiraz etmədiyi evlərin də pulunu vermirlər. Amma evlərə dəyən də yoxdur. Köçürülmənin dayandırılmasının səbəbini bizə demirlər. Pulu 2014-cü ilin dekabrından əvvəl ödənilən ev və obyektlərin sökülməsi isə davam edir”.

Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, “Sovetski” məhəlləsinin köçürülməsi üzrə işçi komissiyanın sədri Səməd İslamov Teleqraf.com-a açıqlamasında deyib ki, köçürülmə prosesinin maliyyələşdirilməsində müəyyən çətinliklər yaranıb: “İlin əvvəli olduğuna görə dövlətin ayırdığı vəsait hələlik hesaba köçürülməyib. Pul köçürüləndən sonra hesab açılacaq və sakinləri dəvət edəcəyik, gəlib pullarını alsınlar. Biz pulun hesaba köçürülməsini gözləyirik”.

S.Pənahov qeyd edib ki, komissiyanın ölçüb qiymətləndirdiyi ev və obyektlərin pulu tam ödənilməyənədək həmin mənzillərə toxunulmayacaq: “Ev və obyektlərin pulu sahiblərinə tam ödənildikdən sonra söküləcək”.

İlkin Əliyev


Müəllif: