7 Fevral 2015 01:00
310

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARTGMŞ) Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası əsasında 2016-2020-ci illəri əhatə edən “Azərbaycan gəncliyi” Dövlət Proqramına təkliflərin verilməsi üçün onlayn platforma yaradıb.

Onlayn platforma təkliflərin Strategiyada qeyd olunan hədəf qruplarına, məqsəd və vəzifələrə müvafiq olaraq standart forma əsasında verilməsinə imkan yaradır.ARTGMŞ-dan Teleqraf.com-a bildiriblər ki, platformanın yaradılmasının məqsədi “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasının prioritetlərinə uyğun olaraq gənclər və gənclər təşkilatlarının təkliflərinin sistemləşdirilməsi, təkliflər paketinin hazırlanmasıdır.

Təkliflər toplanaraq Azərbaycanın 112 gənclər təşkilatını birləşdirən ARTGMŞ tərəfindən müəllif hüquqları qorunmaqla Gənclər və İdman Nazirliyinə təqdim olunacaq.Təklifləri fevralın 10-dək www.teklif.nayora.az platforması vasitəsi ilə göndərmək mümkündür.


Müəllif: