8 Fevral 2015 16:33
841
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 24-də Ümumrusiya Azərbaycanlılar Konqresinin (ÜAK) Murmansk vilayət bölməsində Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar tədbir keçiriləcək.

ÜAK-ın Murmansk regional bölməsinin və Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) yerli nümayəndəliyinin mətbuat katibi Əlühüseyn Şükürov Teleqraf.com-a məlumat verib ki, bu məqsədlə sərgi təşkil etmək planlaşdırılır. Sərgidə Qarabağ münaqişəsi, onun ağır nəticələri haqqında fotosənəd və kitablar, kütləvi informasiya vasitələrinin Xocalı soyqırımı haqqında materialları nümayiş etdiriləcək.

ÜAK və RAGB-ın vilayət bölməsinin fəalları sərgiyə gələnlərə təpədən-dırnağadək silahlanmış erməni silahlı birləşmələrinin keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin iştirakı ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinin dinc azərbaycanlı sakinlərinə tutduğu amansız divandan söz açacaqlar.


Müəllif: