10 Fevral 2015 13:47
1 008
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ünvanlı dövlət sosial yardımı haqqında" mövcud qanuna dəyişikliklər ediləcək. Sözügedən qanuna dəyişikliyi nəzərdə tutan qanun layihəsi parlamentin Sosial siyasət komitəsinin fevralın 10-da keçirilən iclasının müzakirəısinə çıxarılıb.

Telrqraf.com xəbər verir ki, dəyişiklik barədə məlumat verən komitənin sədri Hadi Rəcəbli bildirib ki, təkilf olunan dəyişikliyə əsasən müvafiq qanunun 8.1-ci maddəsində "1 il" sözləri "2 il" sözləri ilə əvəz olunacaq.

"Burada da baş məqsəd məmur bürokratiyasına son qoyulması, vətəndaşların hüquqlarının daha güclü şəkildə qorunması, onların sosial durumunun yaxşılaşdırılmasıdır. Əgər vətəndaşlar əvvəllər 6 ay, sonralar isə 1 il müddətinə bu hüquqdan yararlanırdılarsa, indi yenidən heç bir sənəd-filan düzəltmədən iki il bu hüquqdan istifadə imkanı əldə etmiş olacaqlar"-deyə, komitə sədri daha sonra sözlərinə əlavə edib.

"Ünvanlı dövlət sosial yardımının verilməsi ilə bağlı hələ də problemlər qalmaqda, narahatlıqlar yaşanmaqdadır".Bunu Sosial siyasət komitəsinin üzvü Rauf Əliyev dilə gətirib. O, deyib ki, son illər bu məsələdə bəzi müsbət dəyişikliklər hiss olunsa da, ancaq problemlər hələ də davam etməkdədir.

H. Rəcəbli isə öz növbəsində deyib ki, bu məsələdə əvvəlki illərlə müqayisədə neqativliklər hissolunan dərəcədə aradan qalxıb və qalxmaqdadır.

"Mən bu məsələ ilə bağlı dünən elə əmək və əhalinin sosial müdafiəsi naziri Səıim Müslümovla da bir saata yaxın söhbət etmişəm. O da bildirib ki, bu məsələdə problemlərin həll edilməsi üçün ardıcıl işlər görülür və görüləcək. İnsaf xatirinə də demək lazımdır ki, Səlim müəllim nazir təyin edildikdən sonra bu istiqamətdə xeyli addımlar atlıb, bürokratik əngəllər, vətəndaşların incidilməsi halları əsasən aradan qaldırılıb. Yəni, əvvəlki illərlə müqayisədə bu məsələdə neqativliklərin aradan qaldlırılması hissolunan səviyyədədir. Qeyd edim ki, bu məsələdə vətəndaşların özləri də bəzən günahkardır. Onlar bəzən elə tələblər irəli sürürlər ki, bu, qanunla mümkün deyil. Bəzi vətəndaşlar hətta, mənə müraciət edərək evlə təmin olunmalarını xahiş edirlər. Belə şeylər olmaz axı?! Düzdür, əvvəllər mənə müraciətlər olanda nazirliyə zəng edib deyirdim ki, qanunu pozmadan filankəsin məsələsinə kömək edin”.

Qeyd edək ki, qanun layihəsi qısa müzakirələrdən sonra parlamentin plenar iclasına tövsiyə olunub.

Nemət


Müəllif: