15 May 2014 11:42
1 575
12 Punto 14 Punto 16 Punto 18 Punto

Boşanmaların sayının artması ilə bağlı statistika düzgün deyil.

Teleqraf.com-un məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova jurnalistlərə açıqlamasında deyib.

Komitə sədrinin sözlərinə görə, bu sahədə çox böyük işlər görülür və məsuliyyət daha da artmalıdır: “Gənc ailələrin yaranmasında valideynlərin böyük rolu var. Gənclər ailə quran zaman valideynlərin təsiri altına düşürlər. Nəticədə bu ailənin gələcəyi şübhə altında qalır. Böyük məsuliyyətlə qurulan ailələrin isə gələcəyi haqqında xoş düşünmək mümkündür. Həmin ailələrin gələcəyi gözəl olur”.

Komitə sədri deyib ki, gün gənc ailələrin mənzil və digər problemləri həll olunub: “Bu da təbii ki, inkişafın böyük nəticələridir”.

Hicran Hüseynova Azərbaycanda ağsaqqal, ağbirçək nüfuzunun ailələrdə qorunub saxlanmasına tərəfdar olduğunu söyləyib.

Fidan Əliyeva


Müəllif: