11 Fevral 2015 13:54
954
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Çox acınacaqlı haldır ki, 9 və 11-ci siniflərin şagirdləri arasında nəinki minimal tədris proqramını mənimsəməyənlər, hətta oxumağı və yazmağı bacarmayanlar da aşkar olunub. Belələri 11-ci sinif şagirdləri arasında 2 nəfər, 9-cu sinif şagirdləri arasında isə 64 nəfər olub".

Teleqraf.com xəbər verir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün "Abituriyent" jurnalının 12-ci sayının təqdimat mərasimində bildirib ki, bu statistika imtahan rəhbərlərinin protokolları əsasında ortaya çıxıb: "Belə şagirdlərin hansı bilik və bacarıqlar sayəsində 9-cu və hətta 11-ci sinfə qədər gəlib çatması TQDK üçün müəmmalı olaraq qalır".

TADK rəsmisi 11-ci siniflər üzrə oxumağı və yazmağı bacarmayan şagirdlərin rayonlar (şəhərlər) üzrə sayını da açıqlayıb. O qeyd edib ki, Ağcabədi və Masallı rayonlarının hərəsində 1 nəfər var. 9-cu siniflər üzrə isə oxumağı və yazmağı bacarmayan şagirdlərin sayı Cəlilabad və Yevlax rayonlarının hərəsində 6 nəfər, Ağcabədi və Masallı rayonlarının hərəsində 5 nəfər, Göygöl, Laçın, Sabirabad və Tovuz rayonlarının hərəsində 4 nəfər, Biləsuvar, Füzuli, Gədəbəy, Goranboy, Göyçay, İmişli, Quba, Şəmkir və Xaçmaz rayonlarının hərəsində 2 nəfər, Bakı şəhəri, Abşeron, Ağstafa, Bərdə, Lənkəran, Qazax, Tərtər və Zaqatala rayonlarının hərəsində 1 nəfərdir.

9-cu siniflər üzrə buraxılış imtahanında bölgələr arasında ən yüksək nəticənin TQDK rəsmisi Şahbuz rayonu, Sumqayıt, Naxçıvan, Bakı və Mingəçevir şəhərləri, Ordubad, Qubadlı, Abşeron və Qax rayonlarının şagirdləri göstəriblər. Ən aşağı göstəricilər isə Ağcabədi və Sabirabad rayonlarının şagirdlərinə (müvafiq olaraq 18.0 və 17.8 bal) məxsus olduunu qeyd edib: “9-cu və 11-ci sinif şagirdlərinin hər bir fənn üzrə nəticələrinə nəzər salsaq, görərik ki, ən yaxşı nəticələri türk liseyləri, TN tabeli və özəl liseylərin şagirdləri əldə ediblər. 11-ci siniflər üzrə buraxılış imtahanında ən yüksək nəticəni Mingəçevir şəhəri, Qax, Şahbuz rayonları, Naxçıvan, Sumqayıt və Bakı şəhərləri, Xızı, Naftalan və Qubadlı rayonlarının şagirdləri əldə ediblər.”

SEVİL


Müəllif: